• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1341
— 24.10.2017 14:08

Oğurluq edənlər yaxalandılar

KepezTV Player

Oğurluq edib başqasının qazandıqları hesabına pul əldə etmək istəyənlər azadlıqlarından da uzaq düşüb. Belə ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il avqustun 24-də rayon ərazisindəki evlərin birindən 1600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Ərzanalıyev tutulub.

Beyləqan polisi də oğurluq faktının üstünü açıb. Oktyabrın 18-də rayonun Şərq qəsəbəsindəki evlərin birindən 4000 manat pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Şəmsi Əbilov yaxalanıb.

Ucar RPŞ əməkdaşlarının çevikliyi nəticəsində isə oktyabrın 22-də şəhər ərazisindəki evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Nurlan İsayev tutulub. Bütün faktlar araşdırılır.