Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin və Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəliyinin birgə təşəbbüsü ilə Gəncədə Serqey Yeseninin yaradıcılıq gecəsi keçirilib. 4 nömrəli orta məktəbin rus bölməsində təhsil alan şagirdlər rus şairin Azərbaycanla bağlı şeirlərini, poetik yazılarını səsləndiriblət. Gənc yaşında dünyasını dəyişən ədibin qısa həyat yolu ilə bağlı məlumatlar diqqətə çatdırılıb və rəsmləri nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə yaxın günlərdə Osetiyanın Alan ansablının Gəncəyə səfəri də təşkil olunacaq.
Şahin Məmmədov Ümumrusiya Azərbaycan Konqresinin Şimali Qafqaz üzrə fəxri prezidenti: Rusiyada yaşayan azərbaycanlılar öz şairlərimizi, yazıçılarımızı istəyərik ki, tanıdaq. Bu kimi tədbirlər iki dövlət arasında həm mədəni sahədə, həmdə diasporaları bir birinə bağlayır. Buda dotluq əlaqələrini sıxlaşdırır.
Üzeyir Əliyev Rusiya ali məktəb məzunlarının Azərbaycan assosiasiyasının sədri: Yesenin böyük Rus şairidir. Onun şeirlərini çoxu Bakı ilə bağlıdır. Çünki şairini Azərbaycanla çox bağlılığıvar, burda onun kifayət qədər dostları olubdur. Onu bu tədbir üçündə seçməyimiz elə bundan qaynaqlanır.
- Baxış: 716