Sabunçu rayonu, Bakıxanov qəsəbəsində marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs hadisə yerindən qaçmağa cəhd göstərib. Amma o, polis əməkdaşlarının çevikliyi sayəsində vaxtında saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları oğurluğa cəhd göstərməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçi RPİ-nə müraciət edə bilərlər.
- Baxış: 835