• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 23.10.2017 14:00

Məhbuslar qatardan qaçdı

KepezTV Player

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı şəhərinə gətirilən məhbusların vaqondan qaçması barədə məlumat yayıb. Məlumata görə, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 37 yaşlı, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Məmmədov və 28 yaşlı, əvvəllər məhkum olunmamış, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən Əli Ağami müşayiət altından qaçıblar. Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər barəsində müvafiq məlumatlar təqdim edilib və faktla bağlı Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır. Axtarış tədbirləri davam etdirilir.