• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 23.10.2017 10:52

Windows 10 yeniləndi

Windows 10 sistemi ilə işləyən qurğu sahibləri üçün Windows 10 Fall Creators Update adlı böyük yeniləmə əlçatan olub. Windows 10 əməliyyat sisteminin yenilənmiş versiyası 3D plitkalardan ibarət Fluent Design dizaynı ilə təchiz edilib. Funksional yeniliklərə gəlincə, Windows 10 Fall Creators Update yeniləməsi bir qədər əvvəl istifadə edilmiş proqram və işçi sahələrin siyahısını təqdim edən Task View tapşırıqlar dispetçerinin işini yaxşılaşdıran Timeline funksiyası əldə edib. Öz növbəsində, Pick Up Where You Left Off funksiyası mobil qurğuları masaüstü proqramlarla əlaqələndirməyə imkan verir.

Yenilənmiş əməliyyat sistemində, həmçinin Windows, iOS və Android üçün bulud mübadilə buferi tətbiq edilib. İndi fərdi kompüterdə kopyalanmış məzmunu smartfonda yerləşdirmək olar. Fall Creators Update yeniləməsinin daha bir özəlliyi OneDrive Files On-Demand funksiyasıdır. İstifadəçilər bu funksiyanın köməyi ilə OneDrive “bulud" sistemində fayl və parametrlərini onları yükləmədən görə biləcək.

Bundan başqa, yeniləmə nəticəsində Windows 10 sisteminə əlavə edilmiş Microsoft Story Remix proqramı vasitəsilə şəkilləri redaktə etmək və videoçarxlar yaratmaq mümkündür. Eye Control funksiyası sayəsində isə məhdud qabiliyyətli insanlar öz baxışları ilə interfeysi idarə edə biləcəklər.