• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2288
— 23.10.2017 12:57

Göygöllü məktəblilər seçim turuna qatılıb

KepezTV Player

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olan “Gəzək, Görək, Öyrənək” layihəsinin seçim turlarına start verilib. Şagirdlərdə elmi araşdırmalar üzrə ilkin vərdişlərin, əldə etdilən bilikləri təkmilləşdirmək, təqdimetmə bacarıqlarının formalaşdırılması əsas məqsəd olaraq seçilib. Göygöldə seçim turu 7 məktəbin müvafiq fənləri üzrə nailiyyətləri ilə fərqlənən 8-9-cu sinif şagirdləri arasında aparılır. 2 mərhələdə həyata keçirilən seçimlər ilkin olaraq tarix-ədəbiyyat, sonra riyaziyyat– fizika fənləri üzrə təşkil olunur. Test tapşırıqlarında tələb olunan şərtləri yerinə yetirə bilən şagirdlər layihə iştirakçısı olmaq hüququ qazanacaqlar. Göygöldə seçim turuna 70 məktəbli qatılıb.

Elnur Hacıyev - Layihə rəhbəri:“Riyaziyyat – fizika fənnləri üzrə 10 nəfər şagird, onlar ekskursiyalar təşkil olunur. Şamaxı astrofizika rəsədxanasında, Yüksək Texnologiyalar parkında, o cümlədən də, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq insitutunda alimlər və mütəxəssislərlə görüşlər təşkil olunacaq. O cümlədən, tarix və ədəbiyyat fənnləri üzrə seçim turunda uğur qazanmış şagirdlərimiz, onlar Nizami Gəncəvi məqbərəsində, Şəki Xan sarayında, Qobustan qayaüstü təsvirləri canlı görmək üçün ora gedəcəklər. Bu ekskursiyanın sonu isə Milli Elmlər Akademiyasının Tarix və Ədəbiyyat insitutunda reallaşacaqdır.”