Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə Şəmkirdə qərb bölgəsinin 17 şəhər və rayonundan olan təhsil işçiləri ilə məktəblərdə şagirdlərin yekun qiymətləndirilməsi və ali məktəblərə qəbul imtahanlarının 2019-cu ildə tətbiqini nəzərdə tutan model, eləcə də buraxılış imtahanlarının regional təhlilinə həsr olunan konfrans keçirib. Şura sədri bu tədris ilində ali məktəblərə qəbul qaydalarında nəzərdə tutulan dəyişikliklər və XI sinfi bitirənlərə qəbul imtahanlarında iki dəfə iştirak etmək imkanı veriləcəyinə diqqət çəkib. Bu da o deməkdir ki, abituriyentin qəbul imtahanlarının hər iki mərhələsində eyni və ya fərqli qrupda imtahan verərək ali məktəblərə qəbul müsabiqəsində iştirak edə biləcək. Həmçinin 2019-cu ildə 11-cilərin buraxılış imtahanlarında isə şagirdlərə açıq tipli suallar, mətn üzərində iş, riyaziyyatdan situasiyaya aid məsələlər və fənlər üzrə müvafiq tapşırıqların veriləcəyi pedaqoqların diqqətinə çatdırılıb.İmtahanın nəticəsi qiymətləndirilən zaman maksimum 300 bal olmaqla hər bir fəndən 100 bal toplamaq mümkün olacaq. Sədr yenilikləri valideynlərlədə müzakirə edib. Tətbiq olunacaq yeni qaydalar onlara izah edilib və məsələ ilə bağlı suallar cavablandırılıb.
- Baxış: 503