• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 20.10.2017 16:39

“Kəpəz” 11 metrlik cərimə zərbələri ilə uduzdu

KepezTV Player

Futbol üzrə 16 yaşadək oğlan komandaları arasında keçirilən Azərbaycan birinciliyində 6-cı turun oyunları reallaşıb. Premyerliqa, I divizon klublarının və cəmiyyət təmsilçilərinin çıxış etdiyi yarışda 11 kollektiv mübarizə aparır. İştirakçılar arasında Gəncənin “Kəpəz” klubunun uyğun yaş qrupu üzrə komandası da var. Hesabat turunda “sarı-göylər” doğma meydanda “Qəbələ” ilə qarşılaşıblar. “Kəpəz” oyunda hesabı açan tərəf olsa da, üstünlüyünü qoruya bilməyib. Komandanın azlıqda qalması da bunda rol oynayıb. İki qol vuran qonaqlar qələbə qazanıblar. Qəbələ təmsilçisi hər iki qolu 11 metrlik cərimə zərbəsindən vurub. 6 turdan sonra Nizami yurdunun komandası 7 xalla 6-cı pillədə qərar tutub.

Azad Rəfi