• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 20.10.2017 10:52

Sonuncu Maybach ofroudunu 1,2 milyon avroya satdılar

Bonhams hərracında cəmi 99 ədəd buraxılan Mercedes-Maybach G650 Landaulet ofroudunun ən sonuncusu satılıb. Belçikadan olan naməlum alıcı avtomobil üçün 1,2 milyon avro pul ödəyib. Maşının baza qiyməti isə 630 000 avrodur. Model Mercedes-Benz G 500 4×4²-nin bazasında hazırlanıb. O, 630 at güclü V12 biturbomotorla təchiz edilib. “Lando”, G 500 4×4²-dən portal körpülər, bütün differensialların bloklanması və 450 millimetrlik klirens mənimsəyib. Mercedes-Maybach G650 Landaulet-də arxa sərnişinlərlə sürücü arasında şüşəli arakəsmə var. Elektriklə işləyən və massaj funksiyası olan S-Class oturacaqları, eləcə də ayrıca multimedia sistemi, sərinləşdirən və isidən stəkanaltılar, həmçinin noutbuk üçün ayrıca stol da sərnişinlərin ixtiyarındadır. İlk Mercedes-Maybach G650 Landaulet yolsuzluq avtomobili isə 1,3 milyon avroya satılmışdı.