• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 20.10.2017 10:56

Su çatışmazlığından əziyyət çəkən sürücülər üçün şad xəbər

Nissan şirkəti Niderlandın Droog dizayn-brendi ilə birgə sürücünün orqanizmində su çatışmazlığını xəbərdar edən texnologiya işləyib hazırlayıb. Soak adlı xüsusi örtük tərə qarşı hissiyyatlıdır. Onu Juke krossoverinin sükan və sürücü oturacağında tətbiq ediblər. Böyük Britaniyanın Lafboro Universitetinin araşdırmaçılarının dediyinə görə, hər üç sürücüdən ikisi bədənin patoloji vəziyyəti olan su çatışmazlığından xəbərsizdir. Onun əlamətləri bunlardır: ağızın quruması, yorğunluq, reaksiyaların zəifləməsi, baş ağrısı, başın gicəllənməsi. Bədənində susuzlaşma problemi olan sürücülər yolda digərlərinə nisbətən 2 dəfə daha çox səhv edirlər. Belə vəziyyətdə sürücü sanki müəyyən qədər alkoqolun təsirində olur və qəza vəziyyətlərinə gec reaksiya verir. Lakin müəyyən işə başlamamışdan qabaq yarım litr su içən insanlar 14 faiz daha aktiv olurlar. Nissan və Droog mühəndislərinin yeni ixtirası olan örtük isə rəngini dəyişməklə sürücülərə belə vəziyyətlərdə xəbərdarlıq etmək qabiliyyətindədir.