• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3126
— 20.10.2017 13:19

Kişi həyat yoldaşını döyərək xəstəxanalıq etdi

KepezTV Player

Paytaxtın Sabunçu rayonunda kişi həyat yoldaşını döyərək xəstəxanalıq edib. Hadisə rayonun Xudad Dadaşov küçəsi 21 ünvanında qeydə alınıb. 23 yaşlı Tünzalə Vəliyeva çoxsaylı xəsarətlərlə xəstəxanaya gətirlib. Həkimlər dərhal yaralıya tibbi yardım göstəriblər. Müayinə zamanı Tünzalə Vəliyevada küt alətlə yetirilən çox saylı xəsarətlərin olması müəyyən edilib. Hadisə barədə 12-ci polis bölməsinə məlumat verilib. Dindirmələr zamanı Tünzalə Vəliyeva ailə münaqişəsi zəmnində  həyat yoldaşı tərəfindən döyüldüyünü bildirib. Həmin şəxsin izahatı alınıb. Faktla əlaqədar araşdırmalar davam edir.