Uzun illər təmirsiz vəziyyətdə olan bina indi əsaslı şəkildə yenidən qurulub. Dam örtüyü dəyişdirilib, qapı-pəncərələr yenisi ilə əvəz olunub, dəhliz və otaqlar lazımi invertarlarla təchiz edilib. Kollecdə mərkəzi istilik sistemi quraşdırılıb, 80 tonluq yeraltı su anbarı tikilib. Kollecin həyətində idman meydançası yaradılıb, yaşıllıq sahələri genişləndirilib.
Tədris üçün müasir tibbi cihazlar, SMART lövhələr, laboratoriyalar, tədris-təlim kabinetləri, 30 minə yaxın fondu olan kitabxana tələbələrin ixtiyarına verilib. Kollecin maaddi-texniki bazası müasir tələblər səviyyəsində yenidən qurulub ki, bu da öz növbəsində tədrisin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Gəncə Tibb Kolleci 1931-ci ildə yaradılıb. Burada 4 ixtisas üzrə 3 şöbə fəaliyyət göstərir. Kollecin 600 tələbəsi müalicə, mamalıq, tibb bacısı və əczaçılıq ixtisasları üzrə təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 83 müəllim məşğul olur.
- Baxış: 1078