• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 19.10.2017 14:08

Dərmanları corablarında gizlədərək Rusiyaya aparmaq istəyən azərbaycanlı gömrükdə saxlanılıb

Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın ayağındakı corablarda  60 kapsul və 7 həb  Tramadol aşkar olunub.Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.Faktla bağlı araşdırma aparılır.