• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2492
— 19.10.2017 14:05

Qəzalarda 10 yaşlı uşaq öldü, yaralananlar da var

KepezTV Player

Salyan rayonunda piyadavurma hadisəsi olub. Şəhər mərkəzində qeydə alınan qəza nəticəsində 10 yaşlı Ayxan Əhmədov dünyasını dəyişib. Eyni avtomobillə vurulan 19 yaşlı Cavid Abdullayev isə sürücü tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Paytaxtın Nizami rayonunda isə iki gənc oğlan qəza nəticəsində xəsarət alıb. Hadisə metronun Neftçilər stansiyası yaxınlığında baş verib. Yol kənarında dayanan 25 yaşlı Fəqani Rəhimov və həmyaşıdı Ruslan Əliyevi avtobus vurub. Yaralılar xəstəxanaya aparılıb. Avtobus isə cərimə meydançasına yerləşdirilib.

Abşeron rayonunda da piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Digah qəsəbəsində qeydə alınıb. 32 yaşlı Mirəli Quliyev yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Qəzanı törədən sürücü yaralı piiyadaya yardım etmədən hadisə yerindən uzaqlaşıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.