• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 19.10.2017 12:00

Ən son ZİL-41047 limuzini satıldı

Rusiyada sonuncu yeni ZİL-41047 limuzini sahibinə qovuşub. Maşın köhnə müəssisələrin imkanı hesabına ərsəyə gəlib. Limuzinin yığılmasına 2015-ci ildən MSÇ6 AMOZİL adlı şirkət tərəfindən başlanıb. Həmin vaxtdan firma yeni ZİL-41047 ilə yanaşı, onun qısa variantı olan ZİL-41041 avtomobilini təklif edib. Sonuncunun bir neçə ədəd hazırlansa da, alan yoxdur. Limuzinin dəyəri haqqında məlumat verilməsə də, ehtimal qiymət 20 milyon rubl, yəni 350 000 dollardır. Ümumilikdə götürsək, ZİL-41047 limuzini 1986-cı ildən indiyəqədər 150 ədəd istehsal olunub. Avtomobil 7,68 litrlik 315 at güclü V8 motorla hərəkətə gəlir. 7 yerlik salonu olan maşın “yüzü” 13 saniyəyə yığır.