• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 18.10.2017 14:14

Gəncə Dövlət Universitetində 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə spartakiada start götürüb

KepezTV Player

“Vətənin müdafiəsinə hazıram” devizi ilə keçirilən yarış universitetin fakültələri arasında təşkil edilib. Həm qız, həm də oğlan tələbələr spartakiadada futzal, basketbol, voleybol, atletika, stolüstü tennis, şahmat və dama növlərində mübarizə aparacaqlar. Rəsmi hissədə komandaların paradından sonra idmançıların nümunəvi çıxışları olub. Bədii hissədə isə bir-birindən maraqlı rəqs nömrələri açılış mərasiminə rəng qatıb. Spartakiadanın təşklilində əsas məqsəd tələbələrin asudə vaxtlarını səmərəli keçirmək, onlar arasında idmana marağı artırmaq və bacarıqlı tələbələri fakültələrin müvafiq komandalarına cəlb etməkdir.

Orxan Cəfərzadə