• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 18.10.2017 14:13

UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tur başlayıb

İlk oyun günündə E, F, G və H qrupularında görüşlər keçirilib. E qrupunun autsayderi Maribor evdə Liverpulu qəbul edib. İngilislər səfərdə özlərini heç də qonaq kimi aparmayıblar. Yurgen Klopun yetirmələri meydan sahiblərinin qapısından nə az nə çox düz 7 cavabsız top keçirib. Mersesaydlılardan Filip Kautinyo, Aleks Çemberleyn və Aleksandr Arnold hərəyə 1 dəfə fərqləniblər. Roberto Firmino və Mohammed Salah isə dublla yadda qalıb.

Qrupun  Spartak Moskva – Sevilya görüşündə də böyükhesablı nəticə qeydə alınıb. Ruslar doğma azarkeşləri önündə güclü rəqibini məğlub etməyi bacarıblar. İlk yarıda tərəflər hərəyə 1 qol vurub. 18-ci dəqiqədə Kvinsi Promesin qoluna ispanlar 30-cu dəqiqədə eks fənərbaxçalı Simon Kyaerin qoluyla cavab veriblər. İkinci yarıda isə oyunu tamamilə ələ alan moskvalı kollektivi prineylilərə göz açmağa imkan verməyiblər. Ardıcıllıqla Lorenzo Menqaleyo, Denis Qluşakov və Luiz Adrianonun qolları Spartakı 3 top fərqilə irəli çıxarıb. Qarşılaşmanın sonuna yaxın Promes özünün ikinci komandasının 5-ci qoluna imza ataraq yekun hesabı təyin edib. Spartak 5 Sevilya 1.

F qrupunda Feyenord evdə Şaxtyorla üz-üzə gəlib. Niderlandlılar 8 – ci dəqiqədə  Steven Berqusla önə keçsələr də, bu hesabı sonadək qoruya bilməyiblər. Şaxtaçılardan Bernard 24 və 54-cü dəqiqələrdə adından söz etdirərək komadasına səfərdə 2:1 qələbə qazandırıb.

Eyni hesab Mançester Siti – Napoli qarşılaşmasında da qeydə alınıb. Ancaq bu oyunda meydan sahibləri qalib gəlib. Şəhərlilər fasiləyə Rahim Sterlinq və Qabriel Xesusun qollarıyla üstün yollanıblar. İkinci hissədə isə 1 qol vurulub. İtalyanlardan Amdu Diavara təyin edilən penaltini qolla tamamlasa da, bu qol neapolluları məğlubiyyətdən xilas etməyib.

G qrupunda azərbaycanlı fanatların daha çox diqqətində olan görüşdə Monako evdə Beşiktaşı sınağa çəkib. 30-cu dəqiqədə knyazlıq klubu Radamel Falkaonun qoluyla hesabı açsa da, qara qartal oyunun axarını xeyrinə dəyişə bilib. Son zamanlar türklərin ən yaxşı formada olan oyunçusu Cenk Tosun bu görüşdə də komandasının qəhrəmanına çevrilərək əvvəlcə 34-cü dəqiqədə hesabı bərabərləşdirib. Cenk 54-cü dəqiqədə monakolu azarkeşərin kefini ikinci dəfə pozub. Cərimə meydançasında nəzarətsiz qalan hücumçu Beşiktaşın qələbə seriyasını davam etdirib. Yekun nəticə Monako 1 Beşiktaş 2.

Eyni qrupda mübarizə aparan komandalar Leypsiq və Portonun duelində isə azarkeşlər 5 qol izləyiblər. Oyunda bütün qollar ilk yarıda vurulub. 8-ci dəqiqədə Vil Orbanla tablonu işə salan almanlar 10 dəqiqə sonra qapılarında qol görüblər. Vinsent Abubakar status-kvonu bərpa edib. Meydan sahibləri 38-ci dəqiqədə Emil Forsberqin qolu sayəsində yenidən önə keçib. Az sonra Kevin Avqustin növbəti dəfə rəqib qapısına yol taparaq komandasını 2 top fərqilə irəli çıxarıb. Fasiləyə 1 dəqiqə qalmış Porto hesab arasındakı fərqi minimum endirib. Ancaq İvan Markanonun qolu portuqaliyalılara xal qazandıra bilməyib. 3:2 bundesliqa klubunun qələbəsi.

H qrupunda gecənin maraqla gözlənilən qarşılaşmasında Real Madrid Santyaqo Bernabeuda Tottenhemlə münasibətlərinə aydınlıq gətirib. Oyun kral klubu üçün yaxşı başlamayıb. 28-ci dəqiqədə Rafael Varan topu öz qapısına göndərərək qalaktikosu pis vəziyyətə salıb. Ancaq ilk yarının sonuna yaxın səhnəyə çıxan Kriştiano Ronaldo komandasını məğlubiyyətdən qurtarıb. Ulduz futbolçu 11 metrlik cərimə zərbəsindən fərqlənib.

Bu qrupun Apoel – Borussiya Dortmund oyunu da 1:1 hesablı nəticə ilə bitib. Birinci hissəsi qolsuz tamamlanan qarşılaşmanın 62-ci dəqiqəsində sükut pozulub. Qapıçıdan qayıdan topu kiprlilərdən Mikael Pote torla qovuşdurub. Ada klubunun sevinci 5 dəqiqə çəkib. Qonaqlardan Sokratis Papastatopulos diqqətləri üzərinə çəkərək qarşılaşmada son nöqtəni qoyub.  

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

17 oktyabr

 

E qrupu

“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) - 0:7

Qollar: Firmino, 4, 54, Koutinyo, 13, Salah, 19, 40, Oksleyd-Çemberleyn, 86, Aleksandr Arnolt, 90

 

“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) - 5:1

Qollar: Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 - Kyaer, 31

 

1.

Liverpul

3

1

2

0

10:3

5

2.

Spartak

3

1

2

0

7:3

5

3.

Sevilya

3

1

1

1

6:7

4

4.

Maribor

3

0

1

2

1:11

1

 

 F qrupu

“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna) - 1:2

Qol: Berqus, 7 - Bernard, 24, 54

 

“Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1

Qollar: Sterlinq, 9, Qabriel Jesus, 13 - Diavara, 73 (pen.)

 

1.

Mançester Siti

3

3

0

0

8:1

9

2.

Şaxtyor

3

2

0

1

4:4

6

3.

Napoli

3

1

0

2

5:5

3

4.

Feyenord

3

0

0

3

2:9

0

  

G qrupu

“Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:2

Qollar: Orban, 8, Forsberq, 38, Avqustin, 40 - Abubakar, 18, Markano, 44

 

“Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) - 1:2

Qollar: Falkao, 30 - Cenk, 34, 54

 

1.

Beşiktaş

3

3

0

0

7:2

9

2.

Leypziq

3

1

1

1

4:5

4

3.

Porto

3

1

0

2

6:6

3

4.

Monako

3

0

1

2

2:6

1

 

H qrupu

“Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1

Qollar: Ronaldo, 43 (pen.) - Keyn, 28

 

APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya) - 1:1

Qollar: Pote, 62 - Sokratis, 67

 

1.

Tottenhem

3

2

1

0

7:2

7

2.

Real Madrid

3

2

1

0

7:2

7

3.

Borussiya D.

3

0

1

2

3:7

1

4.

APOEL

3

0

1

2

1:7

1

 

Orxan Cəfərzadə