• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 18.10.2017 14:12

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçular arasında dünya birinciliyi start götürəcək

5 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılıb. Yarışda yığmamız  həm qız, həm də oğlanlar arasında 8 çəkidə 15 cüdoçu ilə təmsil olunacaq. Məşqçilər korpusu turnirdə Natiq Qurbanlı, Rəşxan Baxışəliyev (hər ikisi 55 kq), Kəramət Hüseynov, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaqub Cavadov, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 73 kq), Zelim Kotsoyev, Musa Şəkərəliyev (hər ikisi 100 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 48 kq), Nəzakət Əzizova, Buyanxişik Purevsuren (hər ikisi 52 kq) və İçinxorlu Munxtsedevə (57 kq) güvənəcək.

Dünya birincilyində 90-a yaxın ölkənin tatami ustası iştirak edəcək.

Orxan Cəfərzadə