• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1426
— 18.10.2017 10:40

Yeni “Sprinter” belə olacaq

Mercedes-Benz avtoistehsalçıları Sprinter furqonunun yeni nəsil nümayəndəsini göstəriblər. Model Avropada 2018-ci ilin birinci yarısında meydana gələcək. Yeni Sprinter Vision Van konsept-karın əmtəə versiyası olacaq. Seriyalı maşın konseptdən baş optikanın forması, kabinənin şüşəli xəttini və kuzov formasını mənimsəyib. Radiator barmaqlığı və kütləvi hava qəbulediciləri olan ön bamper isə Mercedes-Benz X-Class pikapından götürülmədir. Vision Van prototipi 2016-cı ildə nümayiş etdirilmişdi. O, 101 at güclü motor, lazım olan sifarişin yerini göstərə bilən “ağıllı” yük yeri və kiçik bağlamaları çatdırmaqla məşğul olan balaca dron əldə edib. Mercedes-Benz Sprinter furqonunun cari versiyası isə 2006-cı ildən buraxılır.