• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 18.10.2017 10:29

Oculus virtual dünyanı göstərən avtonomlu dəbilqə hazırladı

Facebook sosial şəbəkəsinə məxsus Oculus şirkəti kompüter və smartfona ehtiyac duymayan virtual aləmi göstərən yeni dəbilqə hazırlayıb. Oculus Go adlı qurğunu istehsalçılar “virtual aləmə sadə giriş” adlandırırlar. Deyilənə görə, cihaz video oyunlar, film və konsertləri izləmək, həmçinin dostlarla virtual əlaqə qurmaq üçün gözəl vasitədir. Bir qədər ağır olsa da, aparatda müəyyən qədər yüngül materiallardan da istifadə olunub. Oculus Go daxili audiosistem, keyfiyyətli LCD-displey, istifadəçinin daha geniş bucaqda baxışı üçün linzalar və Gear VR qulaqlığı ilə birləşməyə imkan verən proqramlarla təmin olunub. Dəbilqənin komplektinə kompakt kontroller də daxildir. Oculus Go-un bazarlarda 2018-ci ilin əvvəlində peyda olacağı gözlənilir. Qiymətinin 199 dollar olması isə onu digər rəqiblərindən daha cəlbedici edəcək.