• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 18.10.2017 12:58

Gürcüstandan gələn avtomobildən 1130 fişəng çıxdı

KepezTV Player

Gürcüstandan gələn avtomobildən fişəng tapılıb.Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama nəticəsində avtomobilin sağ və sol qapılarının altında və arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerlərində 1130 ədəd fişəng aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.