• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 831
— 18.10.2017 12:54

İki avtomobil toqquşdu, 4 nəfər yaralandı

KepezTV Player

Bərdə rayonunda yol qəzası olub. Hadisə rayonun Gərənə kəndi ərazisində baş verib.  Rayon sakini, 27 yaşlı Xəlil Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan, Vasif İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan sərnişinlər -  17 yaşlı Namiq Əvəzov, həmyaşıdı Kənan Teymurlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.