• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1742
— 17.10.2017 13:45

“Kəpəz” liderliyini davam etdirir

KepezTV Player

17 yaşlı futbolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan

birinciliyində 6-cı turun oyunları keçirilib. Liderlər qrupunda yer alan “Kəpəz”in müvafiq yaş qrupu üzrə komandası hesabat turunda Gəncədə “Qarabağ”ı qəbul edib. İntensiv yağış altında oynanılan görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib. Nicat Verdiyevin matçın əvvəlində vurduğu qol “sarı-göylər”ə qələbə gətirib. Növbəti 3 xalla turnir cədvəlində mövqeyini möhkəmləndirən “Kəpəz” Bakının “İnter” komandası ilə birgə 1-ci 2-ci yerləri bölüşdürür. Hər iki kollektivin 15 xalı var. Gəncəlilər çempionatda növbəti matçını oktyabrın 23-də səfərdə “Səbail”ə qarşı keçirəcəklər.

Azad Rəfi