• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 17.10.2017 13:48

Bu gün Dünya Çempionatı-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.

Seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyacaq.

4 cüt təşkil edəcək komandalar püşk ərəfəsində iki səbətə bölünüb. FİFA reytinqində daha yüksək pillələrdə olan İsveçrə, İtaliya, Xorvatiya və Danimarka milliləri səpələnmişlər sırasında yer alıblar. Bu yığmalar Şimali İrlandiya, İsveç, İrlandiya və Yunanıstan komandalarından biri ilə görüşəcək.

İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.

Orxan Cəfərzadə