KepezTV Player
Paytaxtın Nəsimi rayonunda oğurluq faktı qeydə alınıb. Hadisə Şamaxinka adlanan ərazidə yerləşən avtomobil təmiri sexlərindən birində baş verib. Kamera görüntülərindən məlum olur ki, sexə gələn iki nəfər yolu öyrənmək bəhanəsi ilə ustanı obyektdən çölə çıxarıb. Biri usta ilə söhbət edən zaman o biri sexə daxil olaraq telefonu götürüb. Daha sonra ərazidən uzaqlaşiblar. Hadisə barədə polisə məlumat verilib. Oğurluğu törədən şəxslərin kimliyi müəyyənləşdirilir.
- Baxış: 481