Suraxanı rayonunda qonşular arısında kütləvi dava baş verib. Hadisə rayonun Əmircan qəsəbəsi Cəfər Cabbarlı küçəsi 10 ünvanında qeydə alınıb. 39 yaşlı Zaur Bünyatovla yaşadığı evin yaxınlığında Elnur adlı qonşusu, onun qardaşı və digər tanışı ilə mübahisəsi düşüb. Mübahisə zamanı içkili vəziyyətdə olan qonşular Zaur Bünyatovu döyərək ona xəsarət yetirib və olay yerindən qaçıblar. Yaralı təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Fakt Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsində araşdırılır.
Sabunçu rayon Kürdəxanı qəsəbəsində, yeni yaşayış massivində də döyülmə hadisəsi olub. 37 yaşlı Elman Allahverdiyev öz mənzilində ailə münaqişəsi zəminində qohumları tərəfindən döyülüb.Qabırğaları sınan zərərçəkən xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən fakt araşdırılır.
- Baxış: 578