• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 16.10.2017 14:33

Ülviyyə Fətəliyeva Avropa kubokunun qızıl və gümüş medallarını qazanıb

KepezTV Player

Fətəliyeva qadınlardan ibarət “Odlar Yurdu” komandasının heyətində bu uğura nail olub. Türkiyənin Antalya şəhərində keçirilən şahmat klublarının Avropa kubokunda komandamız gümüş mükafatlara sahib çıxıb. Xanım şahmatçılarımız turnirdə 11 xal toplayıb və yalnız əlavə əmsallarda Gürcüstanın “Nona” klubundan geri qalıb. Şəxsi göstəricilərə əsasən isə Fətəliyeva qızıl medala layiq görülüb. O, çıxış etdiyi 2-ci löhvədə hamıdan yaxşı oynayıb. Belə ki, 7 tur ərzində uduzmayan iti zəka sahibi 3 qələbə qazanmaqla 4 görüşdə sülh bağlayıb.