• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2235
— 16.10.2017 14:12

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə növbəti dəfə gənclərlə görüşüb

KepezTV Player

 Azərbaycan Texnologiya Universitetində reallaşan görüşdə Mərkəz tərəfindən reallaşdırılan “Ganja Big İdea Competition” müsabiqəsində iştirak hüququ qazanan layihələrin təqdimatı baş tutub. Online müraciət əsasında seçilən 10 layihəyə münsiflər heyəti tərəfindən baxılıb və dəyərləndirilib. Yekunda ən yaxşı üç layihə seçilərək, müəllifləri mükafatlandırılıb. Onlar həmçinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti olmaq hüququ qazanıblar.