Bu gün və sabah Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə “Qitələrarası Kubok” beynəlxalq turnir keçiriləcək. Sayca 9-cu dəfə təşkil olunacaq yarışda Azərbaycan yığma komandası da iştirak edəcək. Kubok uğrunda mübarizədə millinin tərkibində gəncəli pəhləvan da yer alıb. Bu, Qalib Əliyevdir. O, 61 kq çəki dərəcəsində xalça üzərinə çıxacaq. Yavaş-yavaş ölkə yığmasının əsas heyətinin üzvünə çevrilməyi bacaran Əliyev bu il iştirak etdiyi əksər yarışlardan demək olar ki, qələbə ilə dönüb. Qalib bu il Gürcüstanda Qızıl Qran Pridə, Türkiyədə Yaşar Doğuda və son olaraq Litvada Hərbçilərin dünya çempionatında qızıl medal qazanıb.
Azad Rəfi
- Baxış: 507