• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 14.10.2017 16:39

"ARB Kəpəz"də “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində seminar keçirilib

KepezTV Player

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif televiziya və radio şirkətlərində çalışan kadrlara təlimlər keçirilir.  Məşğələlərdə konkret nümunələrlə gənc reportyor və aparıcıların nitqindəki fonetik, leksik, qramatik və üslubi qüsurları təhlil edilir. Qüsurların aradan qaldırılması yönündə müvafiq tapşırıqlar verilir. Region televizayaları arasında ilk olaraq ARB Kəpəzdə təşkil edilən təlim 2 gün davam edib.

Azad Şükürov natiqlik sənəti üzrə mütəxəssis: Burada mənim ən çox bəyəndiyim nüans Kəpəz Televisiyasının əməkdaşlarının bu işə çox doğma, isti münasibət bəsləməyi oldu. Düşünürəm ki, bu qarşılıqlı münasibət yüksək keyfiyyətli danışıqla nəticələnəcək. Bütövlükdə Azərbaycan televiziyalarında səslənən nitqin ədəbi tələffüz qaydalarına uyğunlaşdırılması məsələsində çox qüsurlar var ki, fikrimcə onların aradan qaldırılmasında bu layihə çox müsbət rol oynayacaq.