• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2164
— 13.10.2017 12:10

Evlərdən və avtomobillərdən oğurluq edənlər tutulub

Gəncədə evlərdən və avtomobillərdən oğurluq edənlər saxlanılıb. Belə ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun və sentyabr ayları ərzində rayon ərazisində 5 evdən və 3 avtomobildən müvafiq olaraq pul, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş - Elşən Kərimov və Kəmaləddin Qasımov tutulublar. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprel-sentyabr aylarında rayon ərazisində 6 avtomobildən və 1 evdən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini İlqar Məmmədov yaxalanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı