Əvvəl oturub çörək kəsdilər. Sonra da tanışlıq əlaqələrini...Ağcabədi sakini Bakı kafelərindən birində tanışına yedikləri yeməyin pulunu vermək üçün zor tətbiq edib. Sonra qaçıb gizlənsə də sonda qanuna təslim olub.
Bu il avqust ayının 29-da Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birində naməlum şəxs Bakı şəhər sakini Təbriz Alahverdiyevı bıçaqla hədələyərək 110 manat pulunu və mobil telefonun əlindən alıb. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Tariyel Təhməzov saxlanılıb. O, ifadəsində qeyd edilən cinayəti törətdiyini və hadisədən sonra bir müddət istintaqdan yayınmaq məqsədi ilə Ağcabədi rayonunda gizləndiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.
Zülfiyyə Telmanqızı
- Baxış: 532