• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 13.10.2017 13:06

Qəzalarda 7 nəfər xəsarət aldı

KepezTV Player

Bakıda baş verən digər qəzalar isə nəqliyyat vasitələrinin toqquşması səbəbindən meydana gəlib. İsmayıllıda isə idarəetmədən çıxan avtomobil zıncirvari qəzaya səbəb olub.

Paytaxtın Sabunçu rayonunda sərnişin avtobusu qəza törədib. Şəhər şossesinin 1-ci Zabrat qəsəbəsinə düşən ərazisində yük maşını ilə 163 saylı sərnişin avtobusu toqquşub. Baş verən qəzada avtobusda olan 4 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hər iki avtomobil cərimə meydançasına aparılıb.Qəzanın baş verməsinə səbəb olan yük maşının sürücüsünü Sabunçu polisi saxlıyıb. İsmayıllı rayonunda isə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Taksi sürücüsü 24 yaşlı Asim Əliislamlı “VAZ 21011” ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı kanalizasiya quyusundan suyun fontan vurması səbəbindən idarəetməni itirib və avtomobil qarşıdan gələn “Mercedes”ə, ardından “VAZ 21014” markalı minik avtomobilinə çırpılıb. Asim Əliislamlı və “VAZ 21014”-ün sürücüsü 31 yaşlı Namiq Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Namiq Hüseynov ilkin müayinədən sonra evə buraxılıb. Asim Əliislamlı isə kəllə beyin travması aldığından travmatologiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti orta ağır hesab olunur. Bakının Nərimanov rayonu Atatürk prospektində də qəza olub.Tengiz Əliyev idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında dayandığı zaman arxadan gələn, sürücüsü məlum olmayan minik avtomobili onun maşınına çırpılıb. Yol nəqliyyat hadisəsində qəzanı törədən sürücü yaralanıb, ətrafdakıların köməkliyi ilə sürücü xəstəxanaya aparılıb. Faktlarla bağlı araşdırmaya başlanılıb.

 

Zülfiyyə Telmanqızı