• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1844
— 13.10.2017 12:23

İki tanışın mübahisəsinə soyuq silahla son qoyuldu

KepezTV Player

Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. 35 yaşlı Xəyal Ələkbərovun tanışı ilə mübahisəsi düşüb. Bu zaman həmin şəxs üzərində gəzdirdiyi bıçaqla Xəyal Ələkbərovu bıçaqlayıb. Daha sonra isə hadisə yerini tərk edib. Yaralı atrafdakıların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Xəstəxanaya gələn polis əməkdaşları Xəyal Ələkbərovun ifadəsini alıblar. Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.

 

Zülfiyyə Telmanqızı