• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 13.10.2017 10:01

Elektrikli avtobus bir dəfəyə 1,8 kilometr yol qət etdi

Elektriklə işləyən avtobuslar istehsal edən Amerikanın Proterra şirkətinin Catalyst E2 adlı modeli dünya rekorduna imza atıb. Avtobus bir dəfəyə enerji yükləməklə 1772 kilometr şütüməyi bacarıb. Catalyst E2 uzunluğu 12 metrdən çox olan 40 yerlik avtobusdur. 300 at güclü elektromotorla və 440-dan 660-dək kilovatt-saat həcmi olan batareyalarla təchiz olunan sərnişin daşıyan nəqliyyat vasitəsinin maksimum gediş məsafəsi 560 km-dir. Ən yüksək sürəti isə 105 km/saatdır. Stansiyalarda tam enerji yığmaq təxminən 5 saat vaxt alır. Rekorda nail olmaq üçün isə avtobusun ən güclü versiyasından istifadə edilib və 66 kilovatt-saatlı batareyalar quraşdırılıb. Sınaqlar İndiana ştatında baş tutub. Daha öncə də Proterra bir rekorda nail olmuşdu. Onlardan biri 440 kilovatt-saatlı batareyası olan avtobusun bir dolduruma 970 kilometr yol qət etməsi olub.

 

Cavanşir Məmmədzadə