• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2341
— 12.10.2017 15:49

N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib

KepezTV Player
Müdafiə Nazirliyinin təşəbbüsü ilə ictimaiyyət nümayəndələrinin ön cəbhədə xidmət aparan əsgərlərlə görüşü təşkil olunub. “Əsgər qardaş, ürəyini mənə aç” adlı silsilə tədbirlərdən növbətisi Tovuz rayonunda baş tutub. Millət vəkilləri, elm və incəsənət xadimləri, eləcədə kütləvi informasiya vasitələrinin nümayədələri əsgərlərin xidməti şəraiti ilə yaxından tanış olublar, onlarla səmimi söhbət ediblər. Ölkəmizdə ordu quruculuğundan və hərbiçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Qonaqlar qərb bölgəsinə səfər çərçivəsində Qazax rayonunda yerləşən “Avey” Qazax Dövlət-Tarix Mədəniyyət Qoruğu ilə də tanış olublar. Burada xidmət aparan əsgərlərlə görüşüb, onların gündəlik həyat tərzi ilə maraqlanıblar. Hərbçilərlə səmimi söhbət zamanı işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə olunub.
Elman Nəsirov millət vəkili:“Qənaitimiz belədir ki, belə mənəvi-psixiloji hazırlığı olan ordu qəhrəman ordudur. O, aprel ayında sözünü dedi və istənilən anda sözünü deməyə hazırdır. Təmas xəttində, cəbhədə belə ruh yüksəkliyini görəndə doğrudan da inanırsan ki, o gün uzaqda deyil. Torpaqlarımızın işğaldan azad olunacağı, Azərbaycan bayrağının azad olunmuş torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil.

Natiq Hüseyn