• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 12.10.2017 14:05

Piyadaların diqqətsizliyi xəstəxanalıq olmaları ilə nəticələndi

KepezTV Player

Səbail rayonunda Afiyəddin Cəlilov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, 3 qadın yolun piyada keçidi olmayan hissəsindən keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan avtomobil vurub. Hadisə nəticəsində hər 3 piyada xəsarət alıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Xəsarət alan Tünzalə Məmmədova, Ləman Nuriyeva və daha bir xanım xəstəxanaya aparılıb. Onların kəllə-beyin travması aldıqları bildirilib. Taksi sürücüsü ifadəsi alınması üçün polisə aparılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Xətai rayonunun Əhmədli qəsəbəsi, Cəmşid Naxçivanski küçəsində də qəza olub. 24 yaşlı Nigar Hüseynova yolu keçmək istəyərkən onu sürücüsü məlum olmayan minik avtomobili vurub. Ağır kəllə-beyin travması alan yaralını sürücü xəstəxanaya aparıb. Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün həkimlər onu reanimasiya şöbəsinə yerləşdiriblər. Hər iki faktla bağlı araşdırma aparılır.