Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa çempionatı davam edir. Yarışın dördüncü turunda Azərbaycan komandaları növbəti qələbələrini qazanıblar. Kişilərdən ibarət “Odlar Yurdu” ardıcıl 4-cü dəfə rəqibini mat qoyub. Komandamız Hollandiyanın “Leyden” kollektivini 5:1 hesabı ilə məğlub edib. Qadınlardan ibarət komandamız isə Türkiyənin “Anatoliya” klubuna qalib gəlib. Bu qələbə zəriflərimizi yenidən liderlər qrupuna qaytarıb.
IV tur
“LEYDEN” (Hollandiya) – “ODLAR YURDU” - 1:5
Yan Sprenqer (2513) – Arkadi Naydiç (2702) - 0,5:0,5
Artur Piypers (2465) – Rauf Məmmədov (2678) - 0,5:0,5
Edvin Van Haastert (2447) – Qadir Hüseynov (2647) - 0:1
Kasper Şoppen (2440) – Eltac Səfərli (2632) - 0:1
Elke Viersma (2341) – Nicat Abbasov (2587) - 0:1
Martin Robol (2289) – Azər Mirzoyev (2555) - 0:1
Turnir cədvəli: 1. “Qlobus” (Rusiya), 2. “Odlar Yurdu” (Azərbaycan) – hər ikisi 8 xal, 3. “Legacy Square” (Rusiya) - 7 xal.
“ODLAR YURDU” – “ANATOLİYA” (TÜRKİYƏ) - 2,5:1,5
Zeynəb Məmmədyarov (2298) – Yekaterina Atalik (2468) - 0,5:0,5
Ülviyyə Fətəliyeva (2348) – Betul Yıldız (2350) - 1:0
Xanım Balacayeva (2319) – Xəyalə İsgəndərova - 1:0
Aydan Höccətova (2341) – Caqil Arda - 0:1
Turnir cədvəli: 1. “Legacy Square” (Rusiya), 2. “Nona” (Gürcüstan), 3. “Odlar Yurdu” (Azərbaycan), 4. “Bossa Nova” (Belarus) - hamısı 6 xal.
Orxan Cəfərzadə
- Baxış: 621