• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 12.10.2017 10:07

Google Home Max adlı ev köməkçisi təqdim olundu

Google Home Max adlı ev köməkçisi təqdim edilib. Qurğu premium sinfə aiddir. Cihazın 4,5 düymlük və 0,7 düymlük dinamikləri var. Apple-in HomePod səsgücləndiriciləri kimi Google Home Max da səsini ətraf mühitə tənzimləyir. Bütün səsgücləndiricilər 5,3 kq çəkidədir. Digər qurğular kimi bu da Google Assistant köməkçisini dəstəkləyir. Home Minidən fərqli olaraq Home Max da qulaqcıqlar üçün dəlik əldə edib. Home Max bazarlarda dekabr ayında 399 dollarla peyda olacaq. Müştərilər həmçinin YouTube Music servisinə illik abunə qazanacaqlar.