• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 12.10.2017 11:06

Google ev şəraitində çəkilişlər edən kamera hazırladı

Ev şəraitində fotoşəkil və video çəkmək üçün nəzərdə tutulan Google Clips kamerası nəhayət ki, ictimaiyyətə göstərilib. Kameranın özəlliyi ondan ibarətdir ki, o, ev sakinlərini üzdən tanıyır və sərbəst şəkildə çəkiliş üçün münasib vaxt seçir. Gizliliyi saxlamaq üçün kamera görüntüləri səssiz qeydə alır. Qurğu işə düşərkən evdəkilər LED-indikator vasitəsilə bundan xəbər tuturlar. Kameranın ölçüsü 12 Mp, baxış bucağı 130 dərəcədir. Daxili batareyalar kameraya üç saat avtonom rejimdə işləməyə imkan verir. Aparatın yaddaşı isə 16 Qb-a bərabərdir. Hələlik Google Clips Pixel, Samsung Galaxy S7 və S8, həmçinin yeni iPhone 8 və 8 Plus smartfonları ilə işləmək qabiliyyətindədir. Çəkilən şəkil və videolar mobil cihazlara Wi-Fi vasitəsilə ötürülür. 249 dollarlıq Google Clips kamerasının nə zaman satışa çıxacağı bilinmir.