• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 11.10.2017 19:57

Gəncə Dövlət Kukla Teatrına yeni direktor təyin edilib

Gəncə Dövlət Kukla Teatrına yeni direktor təyin olunub. Bu vəzifə 1997-ci ildən sənət ocağında aktrisa kimi fəaliyyət göstərən Mahirə Oqtay qızı Haqverdiyevaya həvalə edilib. Xatırladaq ki, teatrın direktoru Bayram Fətəliyev sentyabr ayının 30-da 58 yaşında vəfat edib.