• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 11.10.2017 18:31

Gəncədə hazırlıq kursunun muhasibi bıçaqlanıb

KepezTV Player

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. Şəhər sakini 31 yaşlı Sənan Tahirov bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıb. Dərhal tibbi yardım göstərilən yaralının vəziyyəti orta-ağırdır. Verilən məlumata görə, Sənan Tahirov Gəncənin Mirzə Abbas Abbaszadə küçəsində yerləşən hazırlıq kurslarından birinin muhasibidir və onu iş otağında bıçaqlayıblar. İlkin məlumata görə, Tahirova əvvəllər kursda çalışmış, münaqişə yaşadığı Anar Paşayev xəsarət yetirib. Dəqiq məlumatlar polisin faktla bağlı araşdırmalarından sonra bilinəcək.  

Elnur Vahidoğlu