• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 11.10.2017 12:49

Avtomobildə pirotexniki vasitələr aşkarlandı

KepezTV Player

Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn avtomobildə gizlədilmiş pirotexniki vasitələr aşkar edilib. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin 4 qapısının hər birinin örtüklərinin arxasından 36 qutu pirotexniki vasitə - petarda və 37 qutu fişəng aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı