KepezTV Player
Bakıda daha bir marşrut avtobusunun sürücüsünə hücum edilib. Hadisə “28 May” küçəsində 61 saylı xətt üzrə hərəkət edən avtobusda yaşanıb. Tıxaca görə əsəblərini cilovlaya bilməyən sərnişinlərdən biri sürücüyə hücum edib. O, Bakı Kart sisteminə bağlı 2 ədəd cihazı sındırıb, daha sonra avtobusun sükanına müdaxilə edərək qəza şəraiti yaradıb. Bu zaman salonda olan sərnişinlərdən biri yıxılaraq xəsarət alıb. Hadisəni törədən sərnişin isə arxa qapıdan düşərək qaçıb. Hadisə nəticəsində istismarçı şirkətə külli miqdarda ziyan dəyib. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 477