KepezTV Player
Bakının Yasamal rayonunda baş verən kütləvi dava iki nəfərin bıçaqlanması ilə bitib. Hadisə 2-ci Alatava ərazisində yerləşən çayxanada qeydə alınıb. 6 nəfər arasında əlbəyaxa dava düşüb. Nəticədə 57 yaşlı Alı Alıyev və 32 yaşlı Qədir Məmmədov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, 2 bıçaq xəsarəti alan Alı Alıyevin vəziyyəti ağırdır. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 517