• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2280
— 11.10.2017 13:09

48 yaşlı kişini avtomobil vurub öldürdü

KepezTV Player

Ötən gün Şəki rayonu Baş Zəyzid kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Kənd sakini Maarif Əhmədov Vaz 21 06 markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi 48 yaşlı Kamal Qudalasovu vurub. Hadisə yerinə dərhal Şəki şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansıyasının əməkdaşları çağırılıb və yaralı dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı Kamal Qudalasovun öldüyü məlum olub. Hadisə ilə bağlı Şəki polisi tərəfindən araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı