• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1537
— 11.10.2017 10:01

Yandeks naviqatorlu və musiqili avtomobil multimedia sistemi hazırladı

Yandeks şirkəti avtomobillər üçün Apple CarPlay və Android Autonun alternativi olan multimedia sistemi platforması işləyib hazırlayıb. Yandeks.Avto özündə naviqator, musiqi, hava proqnozu kimi servisləri birləşdirir, səs idarəetməsini və yeganə interfeysi dəstəkləyir. Bütün informasiyalar bir ekranda cəmləşir, bu da marşrutu, temperaturu izləməyə, eləcə də radioya qulaq asmağa imkan verir. Əgər servis ekranda yoxdursa, amma onda hansısa vacib informasiya varsa, sürücü bunu görür. Məsələn hava proqnozu servisi ani şəkildə havaların dəyişməsi haqqında, naviqator isə yolda yaranan problemlərlə bağlı məlumat verə bilər. Yandeks.Avto ilə ilk olaraq bu ay ərzində Toyota Camry Exclusive və Toyota Rav4 modellərində buraxılacaq. Yandeks Yaguar Land Rover, AvtoVAZ, Ford və Kamazla da razılığa gəlib.

 

Cavanşir Məmmədzadə