• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2300
— 11.10.2017 10:02

Google yeni səsgücləndiricisini göstərdi

Google Home Mini adlı yeni səsgücləndirici təqdim olunub. Aparat yığcamdır və o qədər baha deyil. O, bazarda əsasən Amazon Echo Dotla rəqabət aparmalı olacaq. Google Assistant səs köməkçisini dəstəkləyən Google Home Mini istifadəçinin müxtəlif tələblərini yerinə yetirə və musiqini işə sala bilir. Ancaq yeni səsgücləndirici 3,5 mm-lik dəlikdən məhrum edilib. O, daxili dinamiklərə Chromecast vasitəsilə qoşulur. Google Home Mini ABŞ-da 19 oktyabrda 49 dollarla satışa çıxarılacaq.

 

Cavanşir Məmmədzadə