• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 11.10.2017 10:03

Dronlar bağlamaları sifarişçisinin birbaşa əlinə gətirməyi öyrəndilər

Böyük Britaniyanın Cambridge Consultants şirkəti dronlara bağlamaları birbaşa sifarişçinin əlinə gətirməyi öyrədiblər. Bu halda dəqiq ünvana da ehtiyac olmayıb. Dron-kuryerlər bir sıra firmalar və kiçik startaplar tərəfindən istehsal olunur. Pilotsuz aparatlar əsasən qida, tibbi ləvazimatlar, poçt və başqa kiçik yüklər daşıyırlar. Bir çox hallarda bağlamalar əvvəlcədən təyin olunmuş ünvana çatdırılır. Ancaq DelivAir konsepsiyasının fərqli yanaşması var. Belə ki, dron sifarişçinin təyin etdiyi ünvana yox, onun sifariş verdiyi smartfona tərəf istiqamət alır. Yəni sifarişçi nəinki evdə, hətta yolda gedərkən belə dron onu tapır. Uçan aparat yaxınlaşanda sifarişçinin smartfonuna bildiriş gəlir. Bundan sonra istifadəçi çölə çıxır və əsas kameranı göyə tərəf tutaraq daxili işıqla drona siqnal verir. İstiqaməti tutan dron isə bağlamanı trosla sifarişçinin birbaşa əlinə çatdırır. Bu konsepsiyanın bədbəxt hadisələrdə də əhəmiyyətli rol oynayacağı gözlənilir.

 

Cavanşir Məmmədzadə