• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 07.10.2017 15:29

Ülviyyə Fətəliyeva Avropa klub kubokunda iştirak edəcək

Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva ölkəmizi daha bir nüfuzlu yarışda təmsil etmək şərəfinə layiq görülüb. Fətəliyeva klubların Avropa komanda çempionatında iştirak edəcək qadınlardan ibarət “Odlar Yurdu” kollektivinin heyətində yer alıb. Qitə birinciliyinə sabah Türkiyədə start veriləcək. Oktyabrın 15-dək davam edəcək yarışa Antalya ev sahibliyi edəcək. Başqa adı ilə desək - Avropa klub kubokunda 12 komanda mükafatlar uğrunda mübarizə aparacaq. Oyunlar İsveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olacaq. Xatırladaq ki, Ülviyyə Fətəliyeva şəxsi yarışlarda beynəlxalq turnirlərin mükafatçısı, Avropa birinciliyinin qalibi olub. Yığma komandanın üzvü olan şahmaçı ötən il Bakıda keçirilən Şahmat Olimpiadasında iştirak edib.   

Azad Rəfi